Bakıda dəhşətli yol qəzası, 3 nəfər öldü

bakida-dehsetli-yol-qezasi-3-nefer-oldu-
Oxunma sayı: 651

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Xırdalan şəhər sakini Səyədulla Qardaşov “Mercedes” markalı maşını idarə edərkən onu aşırıb.

Nəticədə sürücü və sərnişinləri Bəhlul İsmayılov, Nurlan Qurbanov hadisə yerində ölüb, xəsarət almış digər sərnişinləri Yalçın İbişov və Elvin İsmayılov isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.