BAXCP-də struktur dəyişikliyi oldu

baxcp-de-struktur-deyisikliyi-oldu
Oxunma sayı: 737

İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ictimai-siyasi məsələlərin müzakirəsindən sonra əsas diqqət BAXCP-nin İcra Aparatı haqqında Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsinə və Ali Məclisin iyunun 11-nə çağırılmış sessiyasının gündəliyinin müəyyənləşdirilməsinə yönəlib.

İdarə Heyəti üzvlərinin geniş fikir mübadiləsindən sonra İcra Aparatı haqqında Əsasnaməyə təklif olunan əlavə və dəyişikliklər Ali Məclisin müzakirəsinə təqdim olunub.

Qeyd edək ki, BAXCP-nin İcra Aparatı haqqında Əsasnaməsinə təklif olunan əlavə və dəyişikliklərə əsasən, bir sıra qurumların adında dəyişikliklərin edilməsi, bəzilərinin ləğvi, eləcə də yenilərinin yaradılması nəzərdə tutulub.

Daha sonra Ali Məclisin növbəti sessiyasının gündəliyi müzakirə edilərək təsdiq olunub.
Xatırladaq ki, BAXCP Ali Məclisinin növbəti sessiyası iyunun 11-də, saat 11:00-da partiyanın mərkəzi mənzil-qərargahında keçiriləcək.