Bu gün qar yağacaq

bu-gun-qar-yagacaq
Oxunma sayı: 697

Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da bu gün fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

Yaxın günlərdə Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağışlı keçəcəyi gözlənilir.

Nigar Məmmədli