Coratda qəribə hadisə-Video

coratda-qeribe-hadise-video
Oxunma sayı: 695

Bir neçə gündür eyvanının qarşısını bəzəyən çiçəyin yarpağı üzərində ərəb hərfləri yaranıb. Corat qəsəbə sakini Kərəm Həsənəliyevin həyətindəki dekorativ bitkinin üzərində ərəbcə qəribə yazılar əmələ gəlib. Ev sahibinin dediyinə görə, yazılarda Quranın birinci ayəsi olan Fatihə surəsindən kəlimələr var. Bitkiyə baxan axund deyib ki, yarpaqda “Əlhəmdüllillah və həmd” sözləri yazılıb.

Yarpaqda əks olunan işarələrin hərf və ya hər hansı məna ifadə etdiyini dəqiqləşdirmək üçün Sumqayıt şəhər cümə məscidinin axundu Hacı Raufu dəvət etdik. Axund yazılara diqqətlə göz gəzdirəndən sonra belə qənaətə gəldi ki, yarpaqda Fatihə sürəsinin kəlmələri yazılmasa da, ərəb hərflərini aydın görmək olar.

Yazını daha dəqiq isə xəttatlar oxuya blər. Sumqayıt şəhər məscidinin axundu Hacı Raufun dediyinə görə, dekorativ bitkinin məhz bu yarpağının üzərində ərəb hərfləri aydın əks olunub. Burda əlif sam h ş hərflərini aydın görmək və oxumaq olar. Dekorativ gül bir neçə ay bundn əvvəl əkilib. Yarpağın üzərindəki yazılar isə son 10 gündə ailə üzvlərinin diqqətini çəkib.

anspress