Onların cəzası 6 ay azaldılacaq

onlarin-cezasi-6-ay-azaldilacaq
Oxunma sayı: 869

Amnistiya nəticəsində cəzası azaldılacaq şəxslərin dairəsi müəyyənləşib. 

“Qafqazinfo” xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarında əksini tapıb.

Aşağıdakı məhkumların cəzası 6 ay azaldılacaq:

- az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;

- ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər.

Bu halda “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, barəsində amnistiya tətbiq edilməyənlər istisna olacaq.

Nuranə Daxilqızı