Türkiyədə “HBO Max” platformasında yayımlanan “Jasmine” adlı serialla bağlı qərar verib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Radio və Televiziya Ali Şurası (RTÜK) açıqlama yayıb.
Belə ki, qurum seriala maksimum məbləğdə inzibati cərimə tətbiq olunmasına və serialın platformanın kataloqundan çıxarılmasına qərar verib.
Bildirilib ki, serialın məzmunu “cəmiyyətin milli və mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunması prinsipinə zidd” hesab edilib.
Qeyd edək ki, “HBO Max” ilə lisenziya müqaviləsi olan TV+ platforması da bundan əvvəl “Jasmine” serialını məzmun arxivindən çıxarmışdı.
Əlavə edək ki, baş obraz Yasemini aktrisa Asena Keskinci canlandırır.
Xatırladaq ki, bir müddət öncə A.Keskinci sosial şəbəkədə paylaşdığı videoda uşaqlığı ilə bağlı təfərrüatı paylaşaraq, Evrim Akının o vaxtdan bəri atası ilə birlikdə olduğunu iddia etmişdi.
Son xəbərlər
Son Xəbərlər