“Sabah” “Qarabağ”ı zirvədən saldı - Foto

sabah-qarabagi-zirveden-saldi
Oxunma sayı: 905

Azərbaycan Premyer Liqasında 1-ci turdan təxirə salınmış “Qarabağ” - “Sabah” matçından sonra turnir cədvəlində dəyişiklilk olub.

“Qafqazinfo” xəbər verir ki, 2:1 hesablı qələbə qazanan “Sabah” liderliyə yüksəlib.

Masazır təmsilçisi xallarının sayını 34-ə çatdırıb. “Qarabağ” isə 33 xalla ikincidir. 

“Zirə” və “Sumqayıt” 27 xalla 3-4-cü pillələri bölüşdürür.