2026-cı ilin 12-16 may tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi qaydalarda ciddi dəyişikliklər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şounun təşkilatçılığından məsul olan Avstriyanın ORF yayım şirkəti məlumat yayıb.
Qurum əvvəlki illərdə tətbiq edilən bir sıra məhdudiyyətlərdən imtina edəcəyini açıqlayıb.
Bildirilib ki, iştirakçıların çıxışları zamanı zalda olan tamaşaçılara rəsmi bayraqlarını nümayiş etdirməyə icazə veriləcək. Buraya İsrailin çıxışı zamanı Fələstin bayrağının qaldırılmasına icazə verilməsi də daxildir.
İcraçı prodüser Mixael Kroyen əlavə edib ki, təşkilatçılar auditoriyanın reaksiyasını gizlətməyəcəklər:
“Müsabiqənin məqsədi hadisələri olduğu kimi, reallıqda baş verdiyi formada nümayiş etdirməkdir. Bu çərçivədə zaldan gələn fit səsləri və ya digər etiraz nidaları boğulmayacaq. Həmçinin, “süni alqış” praktikasından imtina ediləcək və tamaşaçıların canlı reaksiyasına heç bir müdaxilə olunmayacaq”.
Son xəbərlər
Son Xəbərlər