Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı Milli Məclisin Bəyanat mətninin hazırlanması məqsədilə komissiya yaradılıb.
“Qafqazinfo” xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Spiker qeyd edib ki, komissiyaya deputat Şahin İsmayılov sədrlik edəcək. Üzvlər isə Fəzail İbrahimli, Zaur Şükürov, Pərvanə Vəliyeva və Bəhruz Məhərrəmov olub.
***
Bəyanat mətnini deputat Şahin İsmayılov səsləndirib: “Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini şiddətlə qınayır və bu qərəzli siyasi akta qəti etirazını bildirir. Yalan məlumatlar və saxta iddialar üzərində qurulan konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən uğursuz cəhddir”.
Milli Məclisin Bəyanatı səsverməyə qoyularaq qəbul edilib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər