Daxili işlər naziri oğlu və qardaşını sistemdən qovdu

daxili-isler-naziri-oglu-ve-qardasini-sistemden-qovdu
Oxunma sayı: 677

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Tacikistan DİN-nin məlumatına əsasən Ramazon Raximov oğlu polis leytinantı Dilşod Raximovu və qardaşı Raxmonkul Raximovu tutduqları vəzifədən azad edib. Ölkə qanunvericiliyinə əsasən məmurlar öz yaxın qohumlarını bilavasitə tabeliklərində olan işə götürə bilməzlər.

Qeyd edək ki, keçən ilin payızında qanunda bəzi düzəlişlər edildi, beləliklə də yüksək vəzifəli məmurların uşaqlarının həyat yoldaşları da yaxın qohum hesab ediləcək.

DİN-nin yeni rəhbəri həmçinin 2012-ci ilin “qanuniliyin və daxili işlər orqanları kadrlarının keyfiyyətlərinin artımı ili” olacağını elan edib.

Xatırladaq ki, Tacikistan prezidentinin 2012-ci ilin 5 yanvar tarixli fərmanına əsasən Ramazon Raximov DİN-i təyin olunub.

Səidə