“Dövlət öz vətəndaşının qayğısına qalır”

dovlet-oz-vetendasinin-qaygisina-qalir-
Oxunma sayı: 647



Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, bu hadisə ilk növbədə vətəndaşın öz dövlətinə inamını daha da gücləndirən bir addımdır. Onun sözlərinə görə, hər bir vətəndaşın müəyyən sosial planları var və dövlətin verdiyi bu vəsait onlar üçün planların həyata keçirilməsinə stimul yaradacaq. «Əmanətlərin verilməsi üçün nəzərdə tutulan vəsait dövlətimizin indiki iqtisadi imkanları ilə müqayisədə elə də çox deyil. Bu prosesə təxminən 1 milyard manata yaxın vəsait sərf olunacaq. Amma burada mənəvi və siyasi cəhətdən əhəmiyyət kəsb edən məqamlar var. Yəni vətəndaş öz dövlətinə güvənir. Çünki dövlət öz vətəndaşının qayğısına qalır. Bir sözlə, bu hadisə ilk növbədə vətəndaşın dövlətinə inamını artırır və digər tərəfdən sosial vəziyyətinə kömək edir»- deyə komitə üzvü vurğulayıb.