“Belələri cəmiyyətdə təhlükəli tendensiyalar yaradır” – Bəyanat

beleleri-cemiyyetde-tehlukeli-tendensiyalar-yaradir-beyanat
Oxunma sayı: 687

“Qafqazinfo”nun məlumatına görə, partiya Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşlarının müşayiətilə Səbayel Rayon Çevik Polis Alayının əməkdaşları ilə birgə saxlanılan möminlərə qarşı sərt davranıldığını bir daha qeyd edib: “Dinc insanların ziyərət məqsədilə hərəkətinə mane olmaq azmış kimi, polis işçiləri möminləri hər vəchlə təxribata cəlb etməyə çalışmış, onlara qarşı misli görünməmiş vəhşiliklər törətmişlər. Bir sıra kütləvi informasiya vasitələrinin qeyd etdikləri video görüntülərdən hasil olunan nəticəyə görə, bu, dinc vətəndaşlara qarşı polisin 2010-cu ildəən dəhşətli təcavüzü٫vəhşiliyi idi. Və azad sayılan ölkənin vətəndaşlarına qarşı hüquq mühafizə orqanları əməkdaşlarının törətdikləri acınacaqlı münasibət nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti yetirmələri də azmış kimi, onların içərisindən məqsədli şəkildə əvvəlcədən seçilmiş, xüsusilə beş nəfər, Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Ağəli Yəhyayev və Seymur Hüseynov İslam Partiyasının funksioneri və sıravi üzvləri olduqlarına görə, təzyiq altında polis bölmələrinə aparılmış və sonradan onlara qarşı saxta ittihamlarla cinayət işi qaldırılmışdır. Nə istintaq dövründə٫ nə də məhkəmə zalında islamçılara qarşı qaldırılan saxta ittihamlar sübut olunmuşdur”.

Partiya onu da vurğulayıb ki, təzyiq altında məhkəmə istintaqına cəlb olunan yalançı şahidlərin fikirləri əsasında günahsız vətəndaşlara ümumən Yasamal Rayon Məhkəməsi 21il 8 ay iş kəsilib: “Təkcə bu fakt sübut edir ki, Azərbaycanda istər fərqli düşünən, istərsə də sağlam əqidəyə bağlı olan insanlara nədənsə təhtükə mənbəyi kimi baxılır. Bundan başqa günahsız insanların həbsi ölkədə müstəqil məhkəmə sisteminin olmamasından, ədalətsiz hökümlərin sifarişli olmasından xəbər verir. Biz saxta ittihamlarla həbs olunan, Konistitusiya hüquqları, dini-etiqad və vicdan azadlıqları əllərindən alınan islamçiların azadliğa buraxılmasını tələb edirik. Hesab edirik ki, hər bir vətəndaşın siyasi mənsubiyyətindən asılı olaraq, qeyri-qanuni təhdid olunması dövlətçiliyi sarsıdır, insanların dövlətə etimad kriteriyasına ciddi zərbələr vurur, ayrı-ayrı hüquq-mühafizə işçiləri insan azadlığını süni şəkildə məhdudlaşdırmağı ilə özünün qeyri səmimi “sədaqət”ini göstərməyə çalışır. Əslində belələri cəmiyyətdə təhlükəli tendensiyalar yaradır, ölkənin beynəlxalq imicinə ləkə gətirirlər”.