“Əlimizdə inqilabi sənəd var” - Açıqlama

elimizde-inqilabi-sened-var-aciqlama-
Oxunma sayı: 668




“Milli Məclisin payız sessiyasına yaxşı hazırlaşırıq. Əlimizdə maraqlı sənədlər var. Parlamentin elə ilk iclaslarının birində “Sosial xidmət haqqında” qanun layihəsini müzakirəyə təqdim edəcəyik. Burada inqilabi məqam var. Bu da ondan ibarətdir ki, biz ilk dəfə olaraq sosial xidməti Qeyri-Hökumət Təşkilatlarına həvalə edəcəyik. Yəni insanlara sosial xidmətlər QHT-lər tərəfindən ediləcək” . Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Komitə sədri deyib ki, QHT-lər layihələr təqdim etməklə bu istiqamətdə xidmət göstərəcəklər. Onun sözlərinə görə, belə bir məsələnin qanunvericiliyə daxil olması ilk dəfə baş verir.

H. Rəcəbli yaxın vaxtlarda Milli Məclis deputatlarının əmək haqlarının artırılacağı ilə bağlı məlumatlara da münasibətini açıqlayıb: “Bu gün həkimlərlə, müəllimlərlə müqayisədə deputatların maaşı onları qane edir və etməlidir. Doğrudur, insanın tələbatı heç vaxt ödənmir. Nə qədər artırılsa da, tələbat var. Lakin, biz bu gün hər şeydən əvvəl 130 manat maaş alan həkimlər haqqında düşünməliyik. Hesab edirəm ki, bu sahədə maaş artımı baş verəcək” .