Emin Ağalarov Bakıya heç yerdə eşidilməyən mahnılarını gətirir

<b>Emin Ağalarov Bakıya heç yerdə eşidilməyən mahnılarını gətirir</b>
Oxunma sayı: 166


Müğənni Emin Ağalarovun paytaxt Bakıda verəcəyi konsertin vaxtı məlum olub. Onun meneceri Asya Zorinanın ANS-ə verdiyi məlumata görə, konsertlər 7-9 iyul tarixlərinə təsadüf edəcək.

"Emin Ağalarov Bakıda bir və ya iki konsert verəcək. Bu 7-9 iyul tarixləri arasında Yaşıl Teatrda olacaq. Bu həftənin sonlarında tarixlər tam dəqiqləşdiriləcək. O Bakıda yenilənmiş proqramla çıxış edəcək. Həmin proqrama indiyə kimi heç yerdə eşidilməyən 6 yeni mahnısı və eyni zamanda onun "Wander" albomundan sevimli mahnıları daxil ediləcək", - deyə A. Zorina bildirib.

Menecer ifaçının Böyük Britaniyada ikinci piar kompaniyasından da danışıb: " "Wander" albomu Böyük Britaniyada, Londonda mart ayında çıxarılıb. Albomun birinci mahnısı "Obvius" uğurla İngiltərə radiolarında dinlənildi. Və bu gündən isə Londonda bu albomun ikinci piar kompaniyasına start verildi. Yəni həmin albomdan, alboma daxil olan yeni mahnılar radiolara veriləcək. Əslində piar kompaniyanın ikinci hissəsi əsas hesab edilir. Yəni birinci sadəcə göstəriş və tanıtım idi. Hazırda isə Emin Ağalarov bir tanınmış sima kimi reklam kompaniyasını davam etdirir.
İkinci kompaniya daha geniş və əhatəlidir. Burada teleefir əvvəlkindən çox olacaq. Bundan başqa İngiltərədə konsertlər keçiriləcək. Və ən əsası odur ki, bunların hamısı güclü radio dəstəyi ilə müşayiət olunacaq".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi