Ənvər Seyidov Mansur İbayevi necə “öldürdü”?

enver-seyidov-mansur-ibayevi-nece-oldurdu
Oxunma sayı: 8242

Qeyd edək ki, 80-ə yaxın yaşı olan Mənsur İbayev son illərə qədər hakim vəzifəsində çalışırdı və əksər sifarişli işlərə baxır, yuxarıdan verilmiş direktivlərə əsasən hökmlər çıxarırdı. 2003-cü ildə həbs olunan siyasi liderlərin məhkəmə prosesində də məhz M.İbayev sədrlik etmişdi.

Avropa İnsan Haqları Məhkəməsində baxılan və Azərbaycan dövlətinin təzminat ödəməsinə səbəb olan işlərin ən çoxu Mənsur İbayevin verdiyi hökmlərdən şikayətlərlə bağlıdır.

Bu xəbəri “Qafqazinfo” da müsavat.com-a istinadən yerləşdirmişdi. Lakin sonradan M. İbayevin ölmədiyi, yayılan xəbərin düzgün olmadığı bildiriləndən sonra xəbər səhifələrdən qaldırıldı.

Lakin maraqlıdır ki, belə bir hadisə baş vermədiyi təqdirdə ölkənin rəsmi qəzetində hakim Ənvər Seyidovun başsağlığı necə yer ala bilər? “Qafqazinfo” bu məsələ ilə bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, Ənvər Seyidov başsağlığı elanını qəzetə verərkən səhvə yol verib və nəticədə belə bir xoşagəlməz situasiya yaşanmış olub. Burada bir replika yerinə düşür. Görəsən, Ənvər Seyidov hökm çıxardanda da belə səhvlərə yol verir?..