Ərəb dövlətləri səfirlərini Suriyadan geri çağırdı

ereb-dovletleri-sefirlerini-suriyadan-geri-cagirdi
Oxunma sayı: 637

Fevralın 7-də çıxarılan qərara görə, Körfəz Əməkdaşlıq Şurasına daxil olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman və Qətərin səfirləri Suriyanı dərhal tərk etməldir. Həmin gün İspaniya, Fransa, İtaliya, Niderland dövlətlərinin də Suriyadakı səfirlərini məsləhətləşmək üçün geri çağırdığı bəyan olunub.

2011-ci ilin martından Suriyada xalq üsyanı gedir. Əsas tələb prezident Bəşər Əsədin istefasıdır. Müxalif qüvvələrin məlumatına görə, indiyəcən 7 min etirazçı və dinc sakin qətlə yetirilib. Hakim rejim isə üsyançıların 2 min polis və hərbçi öldürdüyünü iddia edir.

Bəşər Əsədin istefası tələbini həm siyasi, həm də hərbi müxalifət irəli sürür. Siyasi müxalifət Suriya Milli Şurasında, hərbi müxalifət isə Azad Suriya Ordusunda (müxalifət tərəfə keçmiş zabit və əsgərlərdən təşkil olunub) birləşib.


"Media forum"