Beşotaqlı ev yandı

besotaqli-ev-yandi
Oxunma sayı: 1203

Masallı rayonunda güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, FHN-in məlumatına görə, rayonun Göyəçöl kəndində 210 m2 sahəsi olan ikimərtəbəli 5 otaqlı evdə yanğın olub. Evin birinci mərtəbəsində 1 otaq və dəhliz, ikinci mərtəbədə 3 otaq və dəhliz yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.