Beynəlxalq sərgidə Azərbaycanın təhsil sistemi təqdim olunacaq

beynelxalq-sergide-azerbaycanin-tehsil-sistemi-teqdim-olunacaq
Oxunma sayı: 638

İKT İnformasiya Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanın Milli Pavilyonunda Təhsil Nazirliyinin “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirən layihələri nümayiş etdiriləcək.

Azərbaycan Milli Pavilyonunun ziyarətçiləri Azərbaycan təhsil şəbəkəsi (AzEduNet), pedaqoji kadrların İKT üzrə biliklərinin artırılması, elektron tədris resurslarının hazırlanması, Edu.az Milli Təhsil Portalı, “Elektron məktəb” pilot layihəsi, təhsilin idarəolunmasında informasiya texnologiyalarının tətbiqi, “Həmkara dəstək” və “1 şagird – 1 kompüter” layihələri haqqında geniş məlumat əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın Milli Pavilyonu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil ediləcək.

Nigar Məmmədli