Bəzi hədislərdə adı keçən Asiyə kimdir?

bezi-hedislerde-adi-kecen-asiye-kimdir
Oxunma sayı: 2463


Cavab: Asiyə (və ya Asiya) Həzrət Musa Peyğəmbərin (ə) müasiri olmuş Misir fironunun həyat yoldaşıdır. Asiyə körpə Musanı (ə) çaydan tapdıqdan sonra öz övladı kimi bəsləmişdi. Musa (ə) böyüyüb peyğəmbər olduqdan sonra Asiyə Onun dininə iman gətirdi. Firon Asiyəni yolundan döndərməyə çalışsa da, o, tabe olmadı. Fironun əmri ilə Asiyəni işgəncələrə məruz qoydular. Amma Asiyə yenə Allahdan uzaqlaşmadı və işgəncə altında vəfat etdi.

İslam dinində Həzrət Məryəm,  Xədicə və Fatimə (ə) ilə yanaşı, Asiyə də müqəddəs qadınlardan sayılır. Qurani-kərimdə Asiyə müsəlmanlara nümunə kimi göstərilir: “Allah iman gətirənlərə isə fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mə¬nim üçün öz dərgahında – cənnətdə bir ev tik! Məni firondan və onun əməlindən qurtar! Məni zalım qövmdən xilas et!” – demişdi” (Təhrim, 11).

Həzrət Mühəmməd Peyğəmbərin (s) dəyişdirdiyi ad ərəb əlifbası ilə fərqli şəkildə yazılan addır. “Asiyyə” (“ayn” və “sad” hərfləri ilə) ərəb dilində “asi olan, üsyan edən”deməkdir. Ona görə Peyğəmbər bu adı daşıyan qadına “Cəmilə” (gözəl) adını vermişdi. Fironun xanımı Asiyəyə bu adın aidiyyatı yoxdur.

islam.az