Hava kəskin pisləşəcək, leysan olacaq

hava-keskin-pislesecek-leysan-olacaq
Oxunma sayı: 695


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən gecə və axşam qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da sabah arabir yağış yağacağı özlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Avqustun 27-si gündüzədək Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək.

Nigar Məmmədli