Hollywood ulduzları türk filmində

hollywood-ulduzlari-turk-filminde
Oxunma sayı: 1762

O, keçmiş İraq lideri Səddam Hüseynin 1988-ci ildə Hələbçədə kimyəvi qazla həyata keçirdiyi 5 min insanın öldürüldüyü qətliamdan bəhs edən film çəkəçək. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu film üçün ötən il Hələbçəyə gedən M. Kırmızıgül ssenarinin dünyaya səs salması üçün ciddi çalışır.

Filmə İraqın birinci xanımı Hero Talabani də dəstək verəcək. O dövrlə bağlı əlindəki bütün məlumat və sənədləri Kırmızıgülə verəcək Talabani çəkilişlərə də qatılacaq.
Filmin rejissor Murat Tokatın sözlərinə görə, film beynəlxalq olacaq və bütün dünyada eyni anda göstəriləcək.

Son filmlərilə Hollywooda rəqib olan M. Kırmızıgül yeni layihəsində məşhur dünya film ulduzlarının çəkilməsini də düşünür. Bunun üçün Hollywood ulduzları Salma Hayek, Culiya Roberts və Ancelina Coliyə təklif göndərəcək.

Qeyd edək, Hələbçə qətliamı 16 mart 1988-ci ildə Səddam Hüseynin əmri ilə İraq ordusu tərərfindən uşaq və qadınların da olduğu 5 min kürd vətəndaşının kimyəvi qazla zəhərlənərək öldürüldüyü qətliam kimi tarixə düşüb. Bu qətliamda təxminən 15 min insan yaralanıb, çox insan isə fiziki sağlamlığını itirib.

Nigar Məmmədli