İlham Əliyev Yəmənin yeni prezidentini təbrik etdi

ilham-eliyev-yemenin-yeni-prezidentini-tebrik-etdi
Oxunma sayı: 655

“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident! Yəmən Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yəmən xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.