Bir qızıl, bir gümüş və 2 bürünc

bir-qizil-bir-gumus-ve-2-burunc
Oxunma sayı: 637

“Qafqazinfo” xəbər verir ki, 11 çəki dərəcəsi üzrə keçirilən turnirdə 234 gənc boksçu qələbə uğrunda mübarizə aparıb. Baş məşqçi Şamil Alimcanovun rəhbərliyi altında komandamız turnirdə 13 idmançı ilə təmsil olunub. Yığmamız yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.

Qızıl medal:
Nəsrəddin Məmmədov (60 kq)
Gümüş medal:
Rauf Rəhimov (81 kq)
Bürünc medal:
Pərviz Bağırov (69 kq)
Rahil Məmmədli ( 91 kq)
Qeyd edək ki, gənclər arasında Avropa çempionu olan Bağırov bu yarışda yeni çəkidə özünü sınayıb. Boksçumuz buna qədər 64 kq çəki dərəcəsində döyüşürdü.
Xatırladaq ki, bu il gənclər arasında ən önəmli yarış noyabrın 25-dən dekabrın 8-dək Ermənistanın paytaxtı İrəvanda keçiriləcək dünya birinciliyidir.

Sevinc