İran müharibə təhlükəsini etiraf etdi

iran-muharibe-tehlukesini-etiraf-etdi-
Oxunma sayı: 643

Tehran rejiminin nüvə fəaliyyətlərini dayandırmayacağı təqdirdə Qərb ölkələrinin hərbi müdaxiləsinə məruz qalacağı ethimalı artıb. Iranın ali dini lideri ayətullah Əli Xamneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi jurnalistlərə açıqlamasında ölkəsinə qarşı mümkün hərbi hücum variantına toxunub.
“Mignews” xəbər saytının məlumatına görə, Səfəvi bildirib ki, Iran Israilin bütün hərbi təlimlərini nəzarətdə saxlayır: “Israilin bütün hərəkətləri və onun bölgədə ayrı-ayrı ölkələrlə birgə keçirdiyi hərbi təlimlər haqda yetərli məlumatımız var. Bizim informasiya toplamaq sahəsində güclü sistemimiz var. Bu gün həm sionist rejimin, həm də ABŞ-ın vəziyyəti elədir ki, onlar hərbi hücuma keçə bilməzlər. Lakin biz Iranın hərbi qüvvələri olaraq ən pis ssenariləri fikirləşirik”. Xamneyinin müşaviri Israili hədələməyi unutmayıb. O, Təl-Əvivin müharibə variantını işə salacağı təqdirdə həm Livanın cənubunun, həm də “Həmas” və Iranın hədəfinə çevriləcəyini bildirib: “Bizim raketlər işğal olunmuş Fələstin ərazilərinin hər yerini hədəfə götürə bilir. Heç yer yoxdur ki, raketlərimiz oraya çata bilməsin. Sionist rejimi qorumaq üçün bu gün Türkiyədən tutmuş işğal olunmuş Fələstin ərazilərində, eləcə də Iraq, Küveyt, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində quraşdırılmış hava hücumundan müdafiə sistemləri bizim bütün raketlərimizi vurmağa, onun qarşısını almağa qadir deyil”.

azadliq.info