İsrailli naziri lağa qoydu

israilli-naziri-laga-qoydu
Oxunma sayı: 647

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, İran XİN-i “Der spiegel” alman jurnalına açıqlamasında İsrail baş nazirinin nüvə proqramı haqqında bəyanatına istehzalı şəkildə münasibət bildirərək bu çıxışın “uşaqlıq” təzahüründən yarandığını deyib.

“Əgər İsrail istəsəydi İrana çoxdan hücum edərdi. İsraillilər uzun illərdir ki, bizi hədələyirlər. Lakin hücum qərarı verməyə qorxurlar. Onlar bilirlər ki, bu qərar onlar üçün hansı sonluqla nəticələnər. Biz müharibə istəmirik, lakin istənilən vəziyyətdə özümüzü müdafiə etməyə qadirik. Hər halda, Netanyahunun çıxışı bir o qədər ciddi qəbul edilməməlidir”.

Əli Əkbər Salehi onu da əlavə edib ki, İrana qarşı tətbiq edilən sanksiyaların heç bir faciəvi təsiri yoxdur: “Sanksiyalar sadəcə bəzi narahatlıqlar yaradır”.

Aynur