“Bizim Market”in sahibinə 2 milyon “atan” yenidən hakim qarşısında

bizim-marketin-sahibine-2-milyon-atan-yeniden-hakim-qarsisinda
Oxunma sayı: 1713

Bakı Apellyasiya Məhkəməsində “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın barələrindəki hökmdən apellyasiya şikayəti üzrə qərar verilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə ana və oğulun şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

S.Quliyev və H.Quliyeva “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun şikayət ərizəsi əsasında saxlanılaraq barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Əliyevin hökmü ilə S.Quliyev 11 il, anası H.Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd