Millət vəkili “Facebook”da fəaliyyətini dayandırdı

millet-vekili-facebookda-fealiyyetini-dayandirdi
Oxunma sayı: 684

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət vəkili Fərəc QULİYEV bu gündən (07.01.2012-ci il tarixdən) etibarən facebook sosial şəbəkəsində fəaliyyətini dayandirir. Partiyanın İdeoloji və Siyasi məsələlər üzrə sədr müavini Tahir Seyidov Qafqazinfoya deyib ki, bütün bunların əsas səbəbi Fərəc Quliyev adına kimlərsə tərəfindən 4 əlavə səhifənin açılmasıdır. Fərəc Quliyevin səhifəsinə də müdaxilələrin olması onu göstərir ki, bu təsadüfi hal deyil. Biz sosial şəbəkələrdə Azərbaycan naminə informasiya mübadiləsində maraqlıyıq, amma yaranmış vəziyyət anlaşılmazlıqlara səbəb ola biləcəyindən, Fərəc Quliyev fərdi qaydada sosial şəbəkədə fəaliyyətini dayandırır. Bu adla hər hansı məlumat və əlaqələrin məsuliyyəti tərəfimizdən daşınmır. Biz həm də Fərəc Quliyev adına açılmış səhifələrin də müəllifləri tərəfindən qapadılmasını, öz adları ilə fəaliyyətlərini davam etdirmələrini tövsiyə edirik. Milli Dirçəliş Hərəkatı Partiyası və sədri Fərəc Quliyevin fəaliyyəti ilə bağlı məlumatlar -www.davam.az - xəbər portalından və -www.facebook.com - sosial şəbəkəsindəki - Milli Dirçəliş Hərəkatı (MDH) - səhifəsindən izlənilə bilər. Fərəc Quliyev facebookdakı dostlarına təşəkkür edir və bildirir ki,onunla əlaqə yaratmaq istəyən dostlar bu e-mail adresə müraciət edə bilərlər: [email protected]