Milli Kitab Mükafatında - Qalmaqal, şok - Yeniləndi

milli-kitab-mukafatinda-qalmaqal-sok-yenilendi-
Oxunma sayı: 703

Tədbirdə qalmaqal baş verəcək. Belə ki, mükafatın qalibi elan olunacaq şəxsin birinciliyini qəbul etməyən bir neçə münsif etiraz edərək MKM-dan çıxacaqlar. Hətta bundan sonra, mükafatın təsisçiləri olan rəsmi qurumların və sponsorların da vəziyyətin bu həddə çatmasından narazı qalaraq sözügedən qurumda fəaliyyətlərini davam etdirməkdən vaz keçəcəkləri bildirilir. Hətta bu MKM-nin sonuncu müsabiqəsi ola bilər.

“Qafqazinfo”nun əldə etdiyi eksklüziv məlumata görə, MKM-nın builki qalibi məhz Pərvizin “Yad dildə” əsəri olacaq. Elə narazılıq da və fikir ayrılığı da buradadır.

Müsabiqədə ikinci yerin Məqsəd Nura, üçüncü yerin isə Nəriman Əbdülrəhmanlıya veriləcəyi bildirlir.

Artıq mükafatın təqdimatı başas çatıb və bizim yazdıqlarımız təsdqini tapıb. Qalibllər yazdıqlarımız kimidir. Lakin üçüncü yeri iki yazıçı tutub ki, onlardan biri də Natiq Rəsulzadədir. Artıq münsiflər qeyd etdityimiz kimi nəticədən narazılıqlarını bildirməyə başlayıblar. Onların fikirləri açıqlandıqca diqqətinizə çatdıracağıq.