Mirmahmud Ağadan Ramazan Təbriki

mirmahmud-agadan-ramazan-tebriki
Oxunma sayı: 692


"Əziz bacı və qardaşlar!
Hörmətli müsəlmanlar!
Uca və əzəmətli ALLAHın ziyafət, bərəkət, mərhəmət, məğfirət-bağışlanmaq ayı olan Ramazan bayramınız mübarək olsun.

Bu Mübarək ayda ALLAH hökmlərini yerinə yetirən bütün insanlar ikiqat sınaq qarşısında oldular. İlahi və təbii imtahandan layiqincə çıxan, günahlarını yandıran, duaları qəbul olunan hər kəsi təbrik edirəm.

Dəyərli bacılar, qardaşlar!
Sizlərin İnsanlıq, Ümmət, Millət, Dövlət, Bayraq, Vətən və Torpaq adına etdiyiniz bütün dualarınızın qəbul olunması üçün Böyük ALLAHa dua edirəm.

ALLAH oruclarınızı, namazlarınızı, dualarınızı qəbul etsin!
Amin!
Şəhidlərin ruhu şad olsun!
Vətən bütöv və azad olsun!
Haqq və ədalət hakim olsun!
Bayramınız mübarək olsun!”.