Mirşahin – Eynulla debatı - Kim qaçdı?

mirsahin-eynulla-debati-kim-qacdi
Oxunma sayı: 640

Bu barədə “Qafqazinfo”ya telekanaldan məlumat daxil olub. Məlumatda bildirilir ki, bu çəkilişdə telekanalın vitse-prezidenti Mirşahin Ağayevlə “İnsan Haqları Uğrunda” İctimai Hərəkatın sədri Eynulla Fətullayev üz-üzə gəlməli imiş. Bildirilir ki, hətta bununla bağlı tərəflərin razılığı alınıb. Proqramda M. Ağayev E. Fətullayevin xalqdan üzr istəməli olması barədə, E. Fətullayev isə əks arqumetnlərlə çıxış etməli imiş. Amma son anda – bu gün E. Fətullayevin verilişə çəkilişdən imtina etdiyi bildiriılir.

E. Fətullayev isə “Qafqazinfo”ya açıqlamasında məsələnin bir qədər fərqli olduğunu qeyd edib. O, bilirib ki, əvvəlcədən o verilişdə iştirakla razılaşmayıb: “Bu veriliş canlı deyil. Mən isə verilişin aparıcısı Sevinc Osmanqızı ilə danışdım, verilişin canlı olacağı halda orada iştirak edəcəyimi bildirdim. Mənim bu mövzuda kifayət qədər arqumentim və faktım var ki, haqlı olduğumu sübut edim. Amma ANS-ə etibarım yoxdur. Rəhbərliyi canlı olmayan bir verilişi öz xeyirlərinə təqdim edə bilər. Buna görə də yalnız canlı olan verilişdə iştirak edəcəyimi bildirdim. Sevinc xanım isə “Açıq söhbət” verilişinin canlı yayım variantının nəzərdə tutlmadığı üçün bunu mümkün olmadığını dedi. Buna görə də həmin verilişdə çəkilişdən imtina etdim”. E. Fətullayev bildirib ki, M. Ağayevlə istənilən bir mediada canlı olmasa belə üz-üzə gəlməyə hazırdır.