Neft bir ucdan ucuzlaşır

<b>Neft bir ucdan ucuzlaşır</b>
Oxunma sayı: 230

Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 95 sent artaraq 88,19 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 52 sent ucuzlaşaraq 112,25 dollar olub.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzərTAc-a bildiriblər ki, “Azəri Layt” markalı neftin bir barrelinin qiyməti London birjasında 82 sent azalaraq 117,26 dollara satılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi