“Neftçi” uduzdu

neftci-uduzdu
Oxunma sayı: 646

Trend-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. "Bakı" Gəncədə "Kəpəz"in qonağı olub.

Tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq, oyunda hesab açılmayıb.

Günün diqqət çəkən qarşılaşması Qəbələdə keçirilib. Yerli "Qəbələ" klubu "Neftçi" ilə qarşılaşıb. Matçda ilk qol "Qəbələ"dən gəlib - 31-ci dəqiqədə Lourival Assis fərqlənib. Cəmi bir dəqiqə sonra "Neftçi"nin hücumçusu Nikolas Kanales bərabərliyi təmin edib (1:1).

Matçın başa çatmasına 2 dəqiqə qalmış Dodo "Qəbələ"nin qələbə topuna imza atıb (2:1).

Qeyd edək ki, XII turun digər görüşləri sabah keçiriləcək.