Ordumuzun kapitanı qətlə yetirildi

ordumuzun-kapitani-qetle-yetirildi
Oxunma sayı: 643

Hadisə Şirvan şəhərində qeydə alınıb. Şəhər sakini, 49 yaşlı Məharət Əbülfəz oğlu Abdullayev tanışı, 32 yaşlı Fərid İnqilad oğlu Kakavanı güllələyib. F. Kakavan hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, hadisə borc üstündə baş verib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

APA-nın əldə etdiyi məlumata görə, qətlə yetirilən F. Kakavan kapitandır.