Prezident parlamenti ləğv etdi: “Artıq xərcdir”

prezident-parlamenti-legv-etdi-artiq-xercdir
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, prezident Senatın gəlir mənbələrinin seldən əziyyət çəkənlərə ötürülməsi ilə bağlı qərar çıxarıb.

Prezident belə bir qərar qəbul etməzdən əvvəl müttəfiqləri ilə uzun müzakirələr aparıb və sonda belə bir qərara gəlib ki, parlament lazımsız maddi xərclərə səbəb olur və buna görə də ləğv edilməlidir.

Bu qərar dünya mətbuatında böyük marağa səbəb olub. Prezidenti dəstəkləyən siyasi partiyalar hələ 2008-ci ildə “siyasi həyatda islahatlar” məqsədi ilə təşkil etdikləri simpoziumlarda Senatın ləğv edilməsini dəstəkləmişdilər.

Qeyd edək ki, 100 üzvü olan Senatın 65 üzvü prezident tərəfindən seçilirdi. Onu da əlavə edək ki, son iki həftə ərzində ölkədə seldən azı 13 nəfər dünyasını dəyişib.