Saakaşvilinin işığını da kəsdilər

saakasvilinin-isigini-da-kesdiler
Oxunma sayı: 645

“Qafqazinfo”nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Manana Mandjqaladze bəyanat yayıb.

Məlumatda deyilir ki, prezident administrasiyasının maliyyələşdirilməsində ixtisarlarla bağlı yeni büdcədə məcburi ölçülər qəbul olunub. Belə ki, prezident sarayının təhlükəsizliyini qorumaq üçün lazım olan ərazinin işıqlandırılması istisna olmaqla binanın xaricindəki işıqlandırma sistemi tamamilə söndürülüb:

“Əsas xərclər xarici işıqlandırmaya aiddir, hədəf isə paytaxtımızı bəzəmək idi. Ancaq prezident administrasiyasının xərclərinin ixtisarını nəzərdə tutan yeni büdcəylə əlaqədar, biz işıqlandırmanı söndürməyə məcbur olmuşuq”.