Saakaşviliyə “Siz ermənisiniz?” sualı

saakasviliye-siz-ermenisiniz-suali
Oxunma sayı: 650

"Mən həmişə demişəm, əgər siz azərbaycanlıları sevmirsinizsə, onda mən azərbaycanlıyam, yox əgər erməniləri sevmirsinizsə, onda da mən erməniyəm. Yəhudiləri sevmirsinizsə, onda mən hamıdan çox yəhudiyəm. İstənilən halda isə mən ən qatı gürcü vətənpərvəri kimi qalacam. Əgər etnik patriotizmdən danışılırsa, mən Qurucu Davidi misal göstərirəm. O, bütün dinlər arasında bərabərliyi təmin edib, məsciddən çıxaraq sinaqoqa gedirdi, sonra kilsəyə baş çəkirdi, daha sonra başqa kilsəyə gedirdi", - deyən Saakaşvili əlavə edib ki, onun ailə üzvləri Gürcüstanın müxtəlif guşələrindəndir./anspress/