Sabah 11 ayın sultanı başlayır

sabah-11-ayin-sultani-baslayir
Oxunma sayı: 687

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına görə, 2012-ci ildə Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə sabaha təsadüf edir. İyul ayının 20-si orucluğun niyyət gecəsidir. Hilalın görünməsindən asılı olaraq, Ramazan – Fitrə bayramı, inşaallah, şəvval ayının birinə (miladi təqvimi ilə avqustun 19 və ya 20) düşür.

Fətvada deyilir ki, hər bir imkanlı müsəlman Ramazan bayramı gecəsi 3-kq buğda, arpa, düyü, qarğıdalı və ya xurma, kişmiş, ya da onun dəyərini pulla imkansızlara verməlidir.

Qazılar Şurası bildirir ki, “bu müqəddəs ayda ifrata və israfçılığa yol vermədən ehtiyacı olanlar üçün ehsan olaraq iftar süfrələrinin açılması da orucumuzun Allah dərgahında qəbul olması üçün bir vəsilədir”.

ORUCLUQ TƏQVİMİ

Hər bir ölkənin yerləşdiyi yerdən asılı olaraq hicri-qəməri tarixi ilə olan günlər və imsak (orcu tutmaq) və iftar (oruc açmaq) saatları saat qurşağına görə dəyişir.

Azərbaycanda Ramazan təqvimini Qafqaz Müsəlmanları İdarəsi yayımlayır./AzadliqRadiosu/