Sabirabadda vəziyyət gərginləşdi

sabirabadda-veziyyet-gerginlesdi
Oxunma sayı: 657

Bu barədə Teleqraf.az-a Sabirabad sakinləri məlumat veriblər. Məlumata görə, buna səbəb sabah Sabirabadda keçirilməsi nəzərdə tutulan mitinqdir. Kəndlərin girişinə polis postları qoyulduğunu, rayona əlavə polis qüvvələri gətirildiyini deyən sakinlər kəndlərdə xüsusi yoxlamalar aparıldığını bildiriblər: “Tələb edirlər ki, sabahkı mitinqə çıxmayaq. Kəndə girənləri də yoxlayırlar, çıxanları da. Bu günə qədər 30-dan artıq şəxsdən yazılı ifadə alınıb. Hara baxırsansa polis görürsən”.

Qeyd edək ki, etiraz aksiyasına səbəb daşqınlardan ziyan çəkmiş insanlara verilən konpensasiyaların azalması, yeni evlərin tikintisinin hələ də başa çatdırılmaması və rayondakı sosial problemlərin artmasıdır.

Sakinlər onu da bildiriblər ki, mitinqlə bağlı saxlanılmış şəxsləri Polis İdarəsində təhqir etmiş Cinayət Axtarış Şöbəsinin Vüsal adlı rəisi öz davranışına görə sabirabadlılardan üzr istəyib.

Xatırladaq ki, rayon İcra Hakimiyyəti sakinlərin qaldırdığı problemlərlə bağlı müzakirələr aparmaq üçün “Kür” Qərargahının müraciəti əsasında yer ayırıb. Həmin toplantıda Prezident Adminstrasiyasının, Fövqəladə Hallar Nazirliyinin təmsilçilərinin də iştirakı gözlənilir.

Əlavə məlumatları diqqətinizə çatdıracağıq.