Sürücülər üçün Tibbi Müayinə Mərkəzini bağladılar - Eksklüziv, Yenilənib

suruculer-ucun-tibbi-muayine-merkezini-bagladilar-ekskluziv-yenilenib-
Oxunma sayı: 667

Bir neçə aydır ümidi üzülmək üzrə olan tibb mərkəzinin əməkdaşlarının müqəddaratı “həll olundu”. “Qafqazinfo”nun məlumatına görə, Bu gün işə gələn Bakı şəhəri Sürücüləri Tibbi Müayinə Mərkəzinin qapıları işçilərinin üzünə bağlanıb. Mərkəzin qapıları bu gün möhürlənərək işçilər işəri buraxılmayıb. Onlara bildirilib ki, bu bina artıq Yaşıllşdırma İdarəsinə verilib.

Bir neçə ay əvvəl Səhiyyə Nazirliyi Sürücüləri Tibbi Müayinə Mərkəzinin sürücülər üçün tibbi arayış vermək kimi səlahiyyətini alaraq sahə poliklinikalarına vermişdi. O vaxtdan mərkəzin 90-a qədər işçi heyətinin taleyi sual altında qalmışdı. Səhiyyə Nazirliyi Bakı şəhəri Sürücüləri Tibbi Müayinə Mərkəzi bundan sonra ancaq təssərrüfat hesablı tibbi müayinə mərkəzi kimi fəaliyyət göstərəcəyi bildirsə də, bugünki mənzərə bunun tam əksini göstərdi.

Mərkəzin həkimləri “Qafqazinfo”ya açıqlamalarında bildiriblər ki, Səhiyyə Nazirliyi tərəfindən onlara bu ilin sonuna qədər binada işləyə ın onlara məxsus olacağı bildirilsə də, artıqü bu gündən 60-a yaxın işçi çölə atılıb. Mərkəzin işçiləri bu gün taleləri ilə bağlı sulalara cavab axtarmaq üçün Bakı şəhər Səhiyyə İdarəsinə üz tutublar: “Bizim mərkəz təsərrüfat hesablı olduğundan, işçilərin maaşı sırf gəlirlər hesabına verilirdi. Biz bu sahə üzrə ixtisaslaşmışdıq. Sürücülərə verilən tibbi arayışdan yığılan rüsumla gəlir əldə olunurdu. Bu səlahiyyəti də bir müddət əvvəl bizdən alıb sahə polikilinikalarına verdilər. Əgər gəlir yoxdursa, maaş haradan olacaq? Biz bu günü gözləyirdik”-deyə həkimlər bildiriblər.

Qeyd edək ki, sözügedən mərkəzin bağlanamasının korrupsiyaya qarşı mübarizə çərçivəsində aparılan işin tərkib hissəsi olduğu da deyilir.

***

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Qafqazinfo”ya bildirib ki, Sürücülər üçün Tibbi Müayinə Mərkəzi bağlanmayıb, sadəcə təsərrüfat hesabına verilib: “Bununla bağlı Nazirliyin rəsmi mövqeyi gün ərzində açıqlanacaq. Amma bildirim ki, Mərkəzin bağlanması xəbəri düz deyil”.

Səhiyyə Nazirliyinin rəsmi açıqlamasını gün ərzində təqdim edəcəyik.

Nigar Məmmədli