Taleh Heydərov “Qəbələ”yə yeni futbolçular alır

<b>Taleh Heydərov “Qəbələ”yə yeni futbolçular alır</b>
Oxunma sayı: 192

Bu haqda klubun meneceri Zaur Əziziv məlumat verib. O, hazırlıq prosesinin birinci mərhələsini Qəbələdə keçirəcəklərini söyləyib.

Onun sözlərinə görə, Toni Adamsın rəhbərliyi altında «Qəbələ» iyunun 18-də toplanışın növbəti mərhələsi üçün İngiltərəyə yollanacaq. Ölkə xaricində olduğu müddətdə “Qəbələ” bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

Bununla yanaşı, bölgə təmsilçisi transfer fəaliyyətinə də start verib. Zaur Əzizovun bildirdiyinə görə, rəhbərlik hazırda bir əcnəbi oyunçu ilə yaxından maraqlanır. Ampulaca dayaq yarımmüdəiçisi olan futbolçunun keçidi üçün danışıqlar yekunlaşmaq üzrədir: “Hazırda bir dayaq yarımmüdafiəçisi ilə danışıqlar başa çatmaq ərəfəsindədir. Bir-iki gün içində klub tərəfindən rəsmi açıqlama veriləcək. Ancaq hələlik futbolçunun kimliyi barədə heç nə deyə bilmərəm”.

Yerli futbolçularla maraqlanmadıqlarını söyləyən klub rəsmisi gələn mövsüm üçün Toni Adamsın planında daha üç əcnəbi futbolçunun olduğunu da bildirib: “Bundan başqa, daha üç legioner almaq istəyirik. Ancaq yerli futbolçularla hələlik maraqlanmırıq. Çünki Adams bununla bağlı rəhbərliyə hələlik heç bir məlumat verməyib”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi