Təyyarə enərkən qəzaya uğradı

teyyare-enerken-qezaya-ugradi
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, AKİpress və “24.kg” agentliklərinin yaydığı xəbərdə 18 nəfərin zərər çəkdiyi bildirilir.

Yaralılar arasında sərnişinlər və ekipaj üzvləri var. Yaraılılardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.

Xəbər verilir ki, zərərçəkənlərin bir hissəsinə gözləmə salonunda həkimlər və psixoloqlar yardım ediblər.

Bişkekdən havaya qalxan “Qırğızıstan” aviaşirkətinin Tu-134 təyyarəsi Oş aeroportunda yerə enmə vaxtı qəzaya düşüb. Təyyarə uçuş-enmə zolağına enərkən çevrilib və yanıb. Qəza vaxtı təyyarənin sağ qanadı qırılıb.

Yanğın tez söndürülüb, təyyarənin salonunda olan sərnişinlər çıxarılıb. Qəza zamanı həlak olan olmayıb.