Bu gün sonuncu imtahandır

bu-gun-sonuncu-imtahandir
Oxunma sayı: 658

İmtahan Respublikanın 6 şəhərində-Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki və Lənkəranda keçiriləcək.

Bütün binalarda eyni vaxtda-saat 11-də başlayacaq imtahan 3 saat davam edəcək. TQDK mətbuat xidmətindən verilən məlumata görə 1723 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 166 imtahan rəhbəri cəlb olunub.

Ümumilikdə bu il 2-ci ixtisas qrupu üzrə 22 min 867 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 20 min 177 nəfəri Azərbaycan bölməsinin, 2 min 690 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 14 611 nəfərini oğlanlar, 8 256 nəfərini isə qızlar təşkil edir. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 124 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyentin 57, ən gəncinin isə 15 yaşı var. Abituriyentlər imtahana yalnız 2 sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni. Əks halda abituriyentlər imtahana buraxılmayacaqlar.

Qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə Komissiyanın saytında yerləşdiriləcək. Bütün qruplar üzrə ixtisas seçimi isə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.