ADY qanvermə aksiyası keçirdi - Fotolar

ady-qanverme-aksiyasi-kecirdi
Oxunma sayı: 958

Azərbaycan Dəmir Yolları (ADY) ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə inzibati binada qanvermə aksiyası təşkil edib.

“Qafqazinfo”xəbər verir ki, Mərkəzi Qan Bankı ilə birgə keçirilən aksiyada ADY-nin müxtəlif xidmət sahələrindən onlarla əməkdaş fəal iştirak edib.

Bildirilib ki, qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya kimi qan azlığı xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaqdır.