Heydər Əliyevin ildönümünə həsr olunmuş ağacəkmə mərasimi olub - Fotolar

heyder-eliyevin-ildonumune-hesr-olunmus-agacekme-merasimi-olub
Oxunma sayı: 908

Bu gün Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb. 

Qeyd edək ki, mərasimdə 100-ə yaxın ağac əkilib.

Ağacəkmə mərasimi çərçivəsində, həmçinin Elm və Təhsil Nazirliyinin 7 nəfər əməkdaşının Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsi dəstəklənib.