Elm və Təhsil Nazirliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar

elm-ve-tehsil-nazirliyinin-kollektivi-heyder-eliyevin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 1067

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.