“Bu hərəkətin başqa bir adı yoxdur” – Bəyanat

bu-hereketin-basqa-bir-adi-yoxdur-beyanat
Oxunma sayı: 665

Təşkilstın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “Biz Azərbaycanın bəzi hüquq müdafiəçilərinin erməni və gürcülərlə birlikdə “Cənubi Qafqaz hüquq müdafiəçiləri federasiyası” deyilən qurum yaratmalarını milli maraqlarımıza zidd addım hesab edirik. Novella Cəfəroğlu, Əvəz Həsənov, Səidə Qocamanlı, Səadət Bənənyarlı Azərbaycan cəmiyyətində tanınan və hörmət edilən adamlardır, onların Azərbaycan xalqı qarşısında kifayət qədər xidmətləri olub, ona görə onların bu addımını acı təssüf hissi ilə qeyd edirik. Onların bu addımı işğalçı Ermənistanın nümayəndələri ilə əməkdaşlıq deməkdir. Bu hərəkətin başqa bir adı yoxdur.

Beynəlxalq təşkilatlar müxtəlif adlar altında Azərbaycanla Ermənistan arasında əməkdaşlıq və normal münasibətlər görüntüsü yaratmağa çalışırlar. Bunun üçün Ermənistanda fəaliyyət göstərən Mikael Danielyan, Georgi Vanyan kimi nisbətən loyal QHT nümayəndələrindən də istifadə etməyə çalışırlar. İlk baxışdan elə görünə bilər ki, Danielyan və ya Vanyan öz hökümətlərinin Azərbaycana qarşı işğalçı hərəkətlərini hərdən pisləyirlər, ona görə də onlarla əməkdaşlıq etmək olar. Əslində isə bu, ermənilərin bəzi beynəlxalq mərkəzlərlə razılaşdırılmış yeni variantdır. Bu cür loyal adamları qabağa verir, əməkdaşlıq əlaqələrini qurur, lakin məqsəd odur ki, beynəlxalq birlik qarşısında iki ölkə arasında normal dialoq görüntüsü yaratsınlar. Ona görə də ermənilərlə istənilən formada əməkdaşlığa gedənlər Azərbaycanın milli maraqlarına xəyanət edirlər. Biz hörmətıli hüquq müdafiəçilərini bu xəyanət yolundan geri çəkilməyə çağırırıq. Biz hesab edirik ki, onların bu təşəbbüsü Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir və bu layihəni maliyyələşdirən bəzi beynəlxalq mərkəzlərin sifarişi ilə həyata keçirilir. Hörmətli hüquq müdafiəçiləri bir məsələyə də aydınlıq gətirsinlər ki, 1 milyondan artıq Azərbaycanlının hüquqlarını pozaraq yurdlarından didərgin salmış işğalçı Ermənistanın nümayəndələri ilə birlikdə insan hüquqlarını və nə cür müdafiə edəcəklər?!”.