Gürcüstanda aksiyalar davam edir - Video+Fotolar

gurcustanda-aksiyalar-davam-edir
Oxunma sayı: 1162

Gürcüstanda “Xarici agentlər haqqında” qanuna qarşı aksiyalar davam edir. 

“Qafqazinfo” xəbər verir ki, hazırda “Azadlıq meydanı” adlanan ərazidən parlament binasına gedən yolu polis barrikadaları bağlayıb.

Xatırladaq ki, sözügedən qanun artıq birinci və ikinci oxunuşda qəbul olunub. Növbəti mərhələdə əgər sənəd üçüncü oxunuşda da qəbul olunarsa, ölkə prezidentinin səlahiyyətinə göndəriləcək. 

Qeyd edək ki, Gürcüstanda Pasxa bayramı ilə əlaqədar iki gündür aksiyalar səngimişdi. 

Telli Minbir