Ulduz futbolçu Braziliya klubunda

ulduz-futbolcu-braziliya-klubunda
Oxunma sayı: 1528

İngiltərənin “Çelsi” klubunun braziliyalı müdafiəçisi Tyaqo Silva rəsmən “Fluminense”yə transfer olunub.

“Qafqazinfo” xəbər verir ki, iyulda London təmsilçisindən ayrılacaq 39 yaşlı oyunçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb.

O, 2006-2009-cu illərdə çıxış etdiyi sabiq komandasına azad agent kimi keçib.

2020/2021 mövsümündən “Çelsi”də çıxış edən Tyaqo Silva 152 oyuna çıxıb, 9 qol vurub.