Ermənistanda əsgərin güllələnmiş meyiti tapıldı

ermenistanda-esgerin-gullelenmis-meyiti-tapildi
Oxunma sayı: 1532

Ermənistanda müqavilə əsasında xidmət edən hərbi qulluqçu güllələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün, mayın 7-də saat 14:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə postunda 1985-ci il təvəllüdlü müqavilə əsasında xidmət edən əsgər Artak Seryozhaeviç Avalyanın güllə yarası ilə meyiti aşkarlanıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.