Bu kasa 38 milyona satıldı - Yeni rekord

bu-kasa-38-milyona-satildi
Oxunma sayı: 3023

Çində Sonq xanədanlığına aid 1000 illik kasa Honq-Konqda hərraca çıxarılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hərraca telefon zəngi ilə qatılan və adı açıqlanmayan bir şəxs tarixi kasanı 38 milyon dollara alıb.

13 sm diametri olan kasanın Sonq xanədanlığı dövründə fırça yumaq üçün istifadə edildiyi bildirilib.

Qeyd edək ki, hərracda bu zamana qədər bir kasa üçün ödənilən ən yüksək məbləğ rekordu da qırılıb. Belə ki, sonuncu dəfə 2014-cü ildə Minq xanədanlığına aid bir şərab kasası Liu Yiqian adlı biznesmen tərəfindən 34 milyon dollar satın alınmışdı.